Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı

28 Avqust 2026 16:00

6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.

Milli.Az 24News.ge saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi gölünə çimməyə gedərkən boğularaq həyatını itirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)