Kəlbəcərdə dolu yağdı - Faktiki hava açıqlandı

28 Avqust 2026 15:52

Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42-14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10-12 mm olan dolu yağıb.

Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02-15:16 radələrində diametri 15-20 mm olan dolu yağıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)