Avropa Liqası: "Beşiktaş"ın rəqibləri bilinib

28 Avqust 2026 15:40

Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, püşkatma Monakoda keçirilib.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Püşkatmada Türkiyə təmsilçisi "Beşiktaş"ın rəqibləri müəyyənləşib. IV səbətdə yer alan İstanbul təmsilçisi öz meydanında "Marsel", "Yunion SG", "Kristal Pelas" və "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.

Komanda səfərdə isə "Bayer", "Seltik", "Omoniya" və "Hoffenhaym"la qarşılaşacaq.

Qeyd edək ki, liqa mərhələsinin ilk oyunları 16-17 sentyabr tarixlərində baş tutacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)