Qara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə görüntüləri - (Video)

28 Avqust 2026 21:21

Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində batan gəminin ekipajı Sahil Mühafizəsi qruplarının sürətli müdaxiləsi sayəsində xilas edilib.

Xilasetmə görüntülərini təqdim edirik:

Qeyd edək ki, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub.

------------

Qara dənizdə azərbaycanlıların olduğu Palau bayrağı altında üzən "Svetoslava" yük gəmisi su almağa başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Türkiyənin Kastamonu vilayəti sahillərində baş verib. Gəmidəki 13 ekipaj üzvü, o cümlədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Türkiyə Sahil Mühafizəsinin iki gəmisi və bir kateri hadisə yerinə göndərilib. Ekipaj üzvləri xilasetmə qayığı ilə sahilə çıxarılaraq İnebolu Dövlət Xəstəxanasına aparılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)