"Barselona"nın hücumçusu Lamin Yamal karyerasının ən uzun qolsuz və məhsuldar ötürməsiz dövrünü yaşayır.
Milli.Az xəbər verir ki, 19 yaşlı futbolçu ardıcıl 8 rəsmi qarşılaşmada nə qol vurub, nə də komanda yoldaşlarından birinə assist edib.
Yamal sonuncu dəfə iyunun 21-də fərqlənib. O, 2026-cı il dünya çempionatında İspaniya millisinin Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub etdiyi matçda qol vurub.
Kataloniya klubunun əsas komandasında 2023-cü ilin aprelində debüt edən futbolçu indiyədək "Barselona" forması ilə 153 oyunda 49 qola və 52 məhsuldar ötürməyə imza atıb.
İspaniya millisində isə 33 qarşılaşmada meydana çıxan Yamal 7 qol vurub və 13 assist edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)