Cem Yılmaz tanınmaz halda - (Foto)

28 Avqust 2026 14:50

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz yeni görünüşü ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, 53 yaşlı sənətçi "GORA 4 GORA" filminin çəkilişlərini başa vurduqdan sonra xarici görünüşündə dəyişiklik edib.

Cem Yılmaz saqqalını qırxdırıb, saçlarını isə boyadıb. Onun bu dəyişiklikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, aktyorun yeni imicinin film layihəsi ilə əlaqəli olduğu bildirilib. Yılmazın fərqli görünüşü izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)