Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibə başlayandan bəri verdiyi itkilərlə bağlı məlumatı yeniləyib.
Məlumata görə, 1647 gün ərzində Rusiya ordusunun 1 milyon 483 min 780 hərbçisi, 12 307 tankı, 25 237 zirehli döyüş maşını və 48 749 artilleriya sistemi sıradan çıxarılıb.
Bundan əlavə, 2 067 reaktiv yaylım atəş sistemi, 1 593 hava hücumundan müdafiə sistemi, 440 təyyarə, 354 helikopter, 2 420 yerüstü robot kompleksi və 485 024 PUA-nın itirildiyi bildirilir.
Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya həmçinin 140 741 avtomobil texnikası, 5 060 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq və 4 604 xüsusi texnika itirib.
Qeyd edək ki, bu rəqəmlər Ukrayna Baş Qərargahının açıqladığı məlumatlardır və müstəqil şəkildə təsdiqlənməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)