Rusiyalı məşhur müğənni Dima Bilan şəxsi həyatı ilə bağlı paylaşımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi avqustun 27-də sosial media hesabında izləyiciləri üçün gözlənilməz xəbər verib. O, baba olduğunu açıqlayıb.
Dima Bilan şəxsi həyatının detalları barədə əlavə məlumat verməyib və sevindirici xəbəri qısa mesajla çatdırıb.
İfaçı "Telegram" kanalında paylaşdığı yazıda pərəstişkarlarına müraciətlə bildirib: "Sizə layiq sensasiya: artıq nəvələrim var".
Sənətçinin bu açıqlaması qısa zamanda diqqət çəkib və izləyiciləri arasında maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)