İnsanlara metal əşyalar yapışmağa başlayıb?

28 Avqust 2026 10:49

Son günlər sosial şəbəkələrdə diqqətçəkən görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, paylaşılan videolarda insanların bədənlərinə qaşıq, çəngəl, qayçı və digər metal əşyaların yapışdığı görünür.

Görüntülərdə əşyaların insanın qolunda, sinəsində, alnında və digər nahiyələrində müəyyən müddət düşmədən qaldığı əks olunur.

Videolar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)