Quba-Bakı yolunda qəza baş verib.
Milli.Az "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən gün yolun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.
Toqquşma nəticəsində yük avtomobillərindən biri yol kənarına düşüb.
Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)