Qazaxıstan hökumətinin səlahiyyətlərinə xitam verilib

28 Avqust 2026 10:44

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefası ilə bağlı fərman imzalayıb.

Milli.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəd Prezidentin rəsmi internet səhifəsində yayımlanıb.

Fərmana əsasən, hökumət yeni tərkib təsdiqlənənədək fəaliyyətini davam etdirəcək.

Qərar Qazaxıstan Konstitusiyasının müvafiq müddəalarına, eləcə də "Qazaxıstan Respublikası Hökuməti haqqında" Konstitusiya Qanununa əsasən qəbul edilib.

Qeyd edək ki, Qazaxıstanda Qurultay seçkiləri avqustun 23-də keçirilib. Seçkilərin nəticələrinə əsasən, beş siyasi partiyadan 145 deputat mandat qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)