Gəncədə 78 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü

28 Avqust 2026 10:22

Gəncədə 78 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. 

Milli.Az xəbər verir ki, 1948-ci il təvəllüdlü Zakir Həsənov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)