"Miss Supranational Brazil" müsabiqəsinin qalibi və "Miss Supranational-2026" yarışmasının üçüncüsü Lara Marina gözlənilməz qərarla titulunu itirib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı modelin sözlərinə görə, buna onun hamilə olduğunun üzə çıxması səbəb olub. Lara Marina hamiləliyindən müsabiqədə iştirak etdikdən sonra xəbər tutduğunu bildirib.
Müsabiqənin təşkilat komitəsi isə qərarın yalnız modelin hamiləliyi ilə bağlı olmadığını, onunla imzalanmış müqavilənin şərtlərinin və yarışın qaydalarının araşdırılmasından sonra qəbul edildiyini açıqlayıb.
Komitədən bildirilib ki, Lara Marinanın tituldan məhrum edilməsi müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Qərarın müsabiqənin qaydalarına və qüvvədə olan hüquqi normalara əsasən verildiyi vurğulanıb.
Məlumata görə, 2026-cı ildən etibarən yarışmada subay anaların və boşanmış modellərin iştirakına icazə verilir. Bununla yanaşı, evli qadınların müsabiqəyə qatılması qadağandır.
Lara Marinanın titulunun geri alınması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)