Sumqayıtda “BMW” 3 maşına çırpılıb aşdı - (Foto)

28 Avqust 2026 10:26

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, BMW markalı avtomobil əvvəlcə "Opel"ə və "Toyota"ya, daha sonra isə KIA markalı maşına çırpılıb və aşıb.

Hadisə zamanı BMW-də üç nəfər olub. Digər avtomobillər isə park edilibmiş.

Məlumata görə, BMW markalı maşının sürücüsü xəsarət alaraq, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)