Tramp Atlantik və Sakit okeanların adının dəyişdirilə biləcəyini açıqlayıb

28 Avqust 2026 10:13

"Atlantik və ya Sakit Okeanların adını dəyişdirməli ola bilərik".

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Bizim Amerika Körfəzimiz və Amerika Gölümüz var. İndi bizə okean lazımdır. Buna görə də bəlkə onların adını dəyişdirəcəyik", - deyə ABŞ lideri qeyd edib. 

Daha əvvəl Tramp Ontario gölünün adını Amerika gölü olaraq "dəyişdirən" bir sərəncam imzalamışdı. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)