Barkolanın yeni klubu bəlli oldu

28 Avqust 2026 10:15

İngiltərə nəhəngi "Liverpul" fransalı ulduz futbolçu Bredli Barkolanı transfer edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ingilislər PSJ ilə anlaşıblar. 23 yaşlı oyunçuya görə 117+22 milyon avro ödəniləcək.

Qeyd edək ki, Fransa yığmasının futbolçusu 2023-cü ildən PSJ-də forma geyinir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)