Qubada usta faciəvi şəkildə öldü

28 Avqust 2026 09:42

Qubada usta hündürlükdən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yerə yıxılıb.

O, aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)