Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı

28 Avqust 2026 00:10

Qurban Qurbanov "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri barədə də danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Baş məşqçi Azərbaycan təmsilçisinin "Barselona" ilə qarşılaşacağını xatırladaraq bu klubla bağlı fikirlərini də açıqlayıb:

"Barselona" ilə qarşılaşacaqlar. Bu, mənim sevdiyim və azarkeşlik etdiyim klubdur. Onların Bakıya gəlməsi sevindirici haldır. Hər bir halda, "Sabah"a azarkeşlik edəcəyəm", - deyə Qurban Qurbanov qeyd edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)