Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək

27 Avqust 2026 23:41

Amerikalı müğənni Beyons Kolumbiyada baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün 1 milyon dollar bağışlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Bildirilib ki, vəsait zəlzələdən ən çox zərər çəkən bölgələrə ərzaq və gündəlik tələbat məhsullarının çatdırılmasına yönəldiləcək.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində çox sayda ev dağılıb, bir sıra avtomobil yolları yararsız vəziyyətə düşüb, bəzi hava limanlarında fəaliyyət müvəqqəti dayandırılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Avqustun 12-də isə Kolumbiyada fəlakət rejiminin tətbiq olunması ilə bağlı sərəncam imzalanıb. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)