Mahir Emreli Konfrans Liqasında qolu ilə hesabı bərabərləşdirdi - (Video)

27 Avqust 2026 23:16

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Milli.Az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Rakov" evdə "Hayduk"u qəbul edir.

Oyunda hesab 1-2 rəqibin xeyrinə ikən, Mahir Emreli 88-ci dəqiqədə qol vurdu və hesabı 2-2 etdi. 

Hazırda ümumi hesab 4-4-dür və əlavə hissələr oynanılacaq. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)