Axşam yeməyində klassik toyuq və kartof reseptlərindən fərqli bir ləzzət axtaranlar üçün toyuqlu kartof dolması yaxşı bir seçimdir. Sobada yumşalmış kartofların toyuqlu içliklə doldurulduğu bu resept beşamel sous və holland pendiri ilə tamamlanaraq doyurucu bir əsas yeməyə çevrilir.
Milli.Az ərzaqları təqdim edir:
Kartoflar üçün:
3 ədəd böyük boy kartof
Yarım çay stəkanı zeytun yağı
1 çay qaşığı toz qırmızı bibər
1 çay qaşığı nanə
1 çay qaşığı duz
Toyuqlu içlik üçün:
1 ədəd toyuq döş əti
3-4 ədəd yaşıl bibər (sivri bibər)
1 ədəd kapya bibər
5 ədəd çəri pomidor
Duz
İstiot
Toz qırmızı bibər
Pul bibər
2 xörək qaşığı duru yağ
Beşamel sous üçün:
1 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
1 stəkan süd
Duz
İstiot
Üzəri üçün:
1 kasa rəndələnmiş holland pendiri
Hazırlanması:
Kartofları soyub uzununa ikiyə bölün.
Bir qaşıq vasitəsilə ortalarını diqqətlə oyub çuxur düzəldin.
Alt hissəsini çox incəltməməyə diqqət edin.
Zeytun yağı, toz qırmızı bibər, nanə və duzu qarışdırın.
Bu sosu kartofların daxili və xarici hissələrinə sürtün.
Kartofları üzərinə bişirmə kağızı (perqament) sərilmiş tavaya düzün.
Üzərlərini ısladılmış bişirmə kağızı ilə örtüb 200 dərəcə sobada təxminən 40 dəqiqə bişirin.
Tavaya duru yağ əlavə edin.
Doğradığınız yaşıl bibəri və kapya bibəri qovurun.
Bibərlər yumşaldıqda kub doğranmış toyuq döş ətini əlavə edin və suyunu çəkənə qədər bişirin.
Toyuqlar bişdikdən sonra doğranmış pomidorları, duzu, istiotu, toz qırmızı bibəri və pul bibəri əlavə edin.
Pomidorlar yumşalana qədər qovurun.
Beşamel sous üçün kərə yağını əridin.
Unu əlavə edib bir neçə dəqiqə qovurun.
Südü yavaş-yavaş əlavə edərkən mətbəx çırpıcısı ilə davamlı qarışdırın.
Sous qatılaşdıqdan sonra duz və istiot əlavə edib ocaqdan götürün.
Fırından çıxan kartofların içini hazırladığınız toyuqlu qarışıqla doldurun.
Üzərinə beşamel sous gəzdirib rəndələnmiş holland pendirini səpin.
Pendlirlər əriyib üzəri qızarana qədər yenidən sobaya qoyub bişirin.
İst isti servis edin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)