Səyahət jurnalı Time Out-un qlobal sıralamasında Avropadan yalnız üç şəhər ilk 10-luğa düşə bilib: Berlin, Brayton və Amsterdam. Banqkok 2026-cı ildə gecə həyatı üçün dünyanın ən yaxşı şəhəri seçilib.
Milli.Az xəbər verir ki, Taylandın paytaxtı Time Out-un dünya miqyasında 150 şəhərdə 24 mindən çox yerli sakinlə həyata keçirdiyi sorğudan sonra siyahıda ilk pillədə qərarlaşıb. Şəhər sakinlərindən gecələr bayıra çıxmağın nə qədər sərfəli olduğu və şəhərin qaranlıq düşdükdən sonra nə qədər canlı, müxtəlif və təhlükəsiz hiss etdrdiyini soruşublar.
Qitə ümumiliyində siyahının zirvəsinə, dünya sıralamasında isə ikinci sıraya yerləşən Berlin klub səhnəsini təcrübədən keçirənlər üçün təəccüblü nəticə deyil. Jurnal şəhərin gecə həyatında "standartları müəyyən etməyə davam etməsini" tərifləyəib.
Üçüncü yeri tutan New York şəhəri istər sakit bir qədəh şərab, istərsə də səhərə qədər davam edən depo tədbirləri axtarışında olan, fasiləsiz yenilənən və həyəcanı canlı tutan səhnəsi ilə rəğbət qazanıb. İlk beşlikdə Avstraliyadan Melburn və Braziliyadan San Paulo qərarlaşıb.
Berlindən başqa iki Avropa şəhəri də ilk 10-luğa daxil olmağı bacarıb: Səkkizinci sırada Brayton, 10-cu sırada isə Amsterdam.
Time Out-un səyahət redaktoru Grace Beardın sözlərinə görə: "Yaxşı bir gecə artıq tək bir məkan növü ilə təyin olunmur; 2026-cı ildə küçə partiləri və damüstü partilər hər zamankından daha böyükdür, yerli əhali də artıq bir və ya iki böyük adlı məkana axın etmək əvəzinə bar-bar gəzilən gecə həyatı bölgələrinə yönəlir".
"Bu siyahıdakı şəhərləri bu qədər xüsusi edən dəyişən gecə həyatı vərdişlərimizə uyğunlaşa bilmələridir. 30 yaş üstü partilərdən gizli barlara və dinləmə barlarına qədər hər şəhər, hər növ gecə bayıra çıxış və hər növ insan üçün unudulmaz təcrübələr təqdim edir. Möhtəşəm şəhər həyatı tam olaraq belə görünməlidir".
Dünyanın ən yaxşı gecə həyatına sahib 10 şəhəri
Banqkok, Tayland
Berlin, Almaniya
Nyu York, ABŞ
Melburn, Avstraliya
San Paulo, Braziliya
Medellín, Kolumbiya
Yohansburq, Cənubi Afrika
Brayton, Birləşmiş Krallıq
Pekin, Çin
Amsterdam, Hollandiya
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)