İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani ilə görüşdə deyib.
"İran İslam Respublikası öz qanuni hüquqlarından artığını tələb etmir və təzyiq qarşısında təslim olmayacaq", - o, bildirib.
Pezeşkian İran və Qətərin əməkdaşlığı bərpa etməsinin mümkünlüyünü də diqqətə çatdırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)