Bərdədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) avqustun 27-də saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
---------------
Bərdə rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun meşəçilik adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Changan" markalı minik avtomobili idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)