Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiç 84 yaşında vəfat edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" serbiyanın "Informer" telekanalına istinadən məlumat yayıb.
Son iki il ərzində Mladiç Haaqadakı həbsxana hospitalında saxlanılıb. KİV-in məlumatına görə, son vaxtlar o, yatağa məhkum olub. Səhhətinin pisləşməsi səbəbindən ailəsi daha əvvəl humanitar əsaslarla onun azadlığa buraxılması üçün vəsatət qaldırmışdı.
Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib və Haaqaya ekstradisiya olunub. 2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu ömürlük həbs cəzasına məhkum edib.
Məhkəmə Mladiçi 1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibə zamanı törədilmiş soyqırımında, hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)