Azərbaycan çempionu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynaması ilə diqqət çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,, bu barədə gənc qrossmeyster Aydın Süleymanlı paylaşım edib.
O, çalışdırıcının oyundakı nəticəsini paylaşaraq bu sözləri yazıb: "İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır".
Qeyd edək ki, məşqçinin Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı reytinq xalı 1833-dür. Bu isə ən yaxşı həvəskar səviyyə hesab olunur.
Xatırladaq ki, litvalı məşqçinin rəhbərliyi ilə "Sabah" İsrailin "Hapoel" komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)