Hər gün gördüyümüz məşhur brend loqolarının bir çoxunda ilk baxışda nəzərə çarpmayan gizli məna və simvollar yer alır.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, "Amazon" loqosundakı oxun "A" hərfindən "Z" hərfinə uzanması şirkətin A-dan Z-yə məhsullar təqdim etdiyini göstərir.
"Toblerone" loqosundakı dağın içində isə ayı fiquru gizlənib. Bu, markanın doğulduğu Bern şəhərinin simvoluna işarədir.
"Audi" loqosundakı dörd halqa 1932-ci ildə birləşən dörd avtomobil istehsalçısını, "Hyundai" loqosundakı "H" isə şirkət nümayəndəsi ilə müştərinin əl sıxmasını simvolizə edir.
"FedEx" loqosunda "E" və "x" hərfləri arasında gizli ox, "Carrefour" loqosunda isə ağ hissədə "C" hərfi yerləşir.
"LG" loqosu gülümsəyən insan üzünü, "Pinterest" loqosu isə "P" hərfi ilə yanaşı sancaq formasını əks etdirir.
"Apple" loqosundakı dişlənmiş hissənin isə kompüter elmləri və ya Alan Turinglə bağlı olduğu barədə yayılmış fikirlər doğru deyil. Loqonun dizayneri Rob Janoff bildirib ki, dişlənmə detalı almanın albalı ilə səhv salınmaması üçün əlavə edilib.
"Google" loqosundakı yaşıl "L" hərfi isə dizaynın digər rənglərindən fərqli olaraq qaydalardan kənara çıxma ideyasını ifadə edir.\
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)