Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar nəqliyyatın hərəkətində dəyişiklik edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, stadionun qarşısında yerləşən Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi müvəqqəti məhdudlaşdırılıb.
Azarkeşlərin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi avtobus zonası onların istifadəsinə veriləcək.
Müntəzəm marşrut avtobuslarının, həmçinin M5 və M6 nömrəli ekspres avtobusların dayanacağı isə müvəqqəti olaraq "Gənclik Mall"un qarşısındakı dayanacaqda təşkil olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)