Rusiyanın Sankt-Peterburq şəhərində hərbçinin və həyat yoldaşının olduğu avtomobil partladılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Fontanka" saytı məlumat verib.
Məlumata görə, maşında yüksək rütbəli hərbçi və həyat yoldaşı olub. Partlayış nəticəsində kişi hadisə yerində ölüb, qadın isə xəstəxanaya yerləşdirilib. Ölən şəxsin polkovnik-leytenant olduğu bildirilir.
İlkin məlumata görə, polkovnik-leytenant və həyat yoldaşı avtomobillə hərəkət edərkən nəqliyyat vasitəsində kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)