Musiqi bizi zamanın içindən keçirərək keçmişə qaytara bilir. Bəzən bunun üçün ilk bir neçə not kifayətdir. 6 sentyabr 2026-cı ildə Bakıda səslənəcək musiqi də 85 il əvvəl başlayan bir tarixdən xəbər verəcək.
6 sentyabr 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində maestro Niyazinin və görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konsertikeçirilib. Məhz bu hadisə Azərbaycan caz tarixinin parlaq səhifələrindən birinin başlanğıcı olub.
85 il sonra musiqi tarixinin dairəsi sanki tamamlanacaq: 6 sentyabr2026-cı ildə həmin səhnədə bu əlamətdar yubileyə həsr olunmuşkonsert keçiriləcək.
Gecənin əsas xüsusiyyəti ənənə ilə müasirliyin vəhdəti olacaq.Keçmişdə "Cəngi" və "Aypara" ansambllarının solisti olmuş, Azərbaycanı beynəlxalq musiqi layihələrində uğurla təmsil edəntanınmış müğənni Arzu Həsənli müasir caz intonasiyalarını millimusiqi ənənələri ilə birləşdirən müəllif etno-caz proqramınıtəqdim edəcək.
Konsertin xüsusi iştirakçısı caz ifaçısı Sənəm Əbdüləzizadəolacaq. Təbrizdə anadan olan və hazırda İstanbulda yaşayansənətçi Azərbaycan tamaşaçılarının yaddaşında "Xarıbülbül" festivalındakı parlaq çıxışı ilə qalıb. Onun repertuarındaAzərbaycan və xarici bəstəkarların əsərləri xüsusi yer tutur.
Gecənin digər xüsusi qonağı tanınmış tar ifaçısı Şəhriyar İmanovolacaq. Onun sənəti Azərbaycanın ənənəvi musiqi mədəniyyəti iləmüasir caz estetikasını birləşdirən daha bir körpüyə çevriləcək.
85 il - sadəcə yubiley rəqəmi deyil. Bu, nəsillərin, üslubların vəmusiqi zövqlərinin dəyişdiyi, lakin caza olan sevginin qorunubsaxlandığı səkkiz onillikdən artıq bir tarixdir.
İndi isə, ilk tarixi konsertdən 85 il sonra Azərbaycan cazı yenidənhəmin səhnədə səslənəcək.
Qarşıdakı gecə yalnız Niyaziyə, Tofiq Quliyevə və Azərbaycancazının təməlini qoyan sənətkarlara ehtiram olmayacaq. Bu, həmdə keçmişlə gələcək arasında musiqi dialoqu olacaq.
6 sentyabr 2026-cı ildə Bakı Azərbaycan cazının bu gün necəsəsləndiyini eşidəcək - öz köklərini qoruyaraq və yeni səslənməimkanlarına açılaraq.
85 il tarix. Bir səhnə. Yeni səslənmə.
Biletlərin əldə edilməsi üçün:
https://iticket.az/events/concerts/85-years-later-2026
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.