İranda plastik fabrikində güclü yanğın

27 Avqust 2026 14:54

İranın Gülüstan əyalətində plastik istehsalı müəssisəsinin anbarında yanğın baş verib.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında Ağ Qala sənaye şəhərciyində yerləşən plastik istehsalı fabrikində qeydə alınıb. Yanğın müəssisənin anbarında başlayıb.

Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı qeyd edilib.

Hazırda yanğının miqyası və müəssisəyə dəymiş ziyanın həcmi barədə məlumat yoxdur. Yanğının hansı səbəbdən baş verdiyi də açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)