Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü

27 Avqust 2026 14:47

Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb.

Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)