Məlum olduğu kimi, Əməkdar jurnalist, sabiq deputat Rizvan Cəbiyevin səhhəti reper oğlu Anar Nağılbaz rəhmətə getdikdən sonra pisləşmişdi.
Milli.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sabiq deputatın son durumunu öyrənmək üçün onun ailə üzvləri ilə əlaqə saxlayıb.
Rizvan Cəbiyevin həyat yoldaşı Şərqiyyə Cəbiyeva bildirib ki, hazırda onun vəziyyəti ağır olaraq qalır:
"Nə yanına gələn var, nə də zəng edib halını soruşan. Vəziyyəti hələ də ağırdır. Çox sağ olun ki, onu yada salmısınız".
Xatırladaq ki, Anar Nağılbaz 2018-ci ildə 42 yaşında vəfat edib. Mərhumun 2 övladı var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)