"Qarabağ" heyətinə 2 yeni oyuncu cəlb edir.
Milli.Az Qol.az-a istinadla xəbər verir ki, həmin futbolçulardan biri Taofik İsmaeeldir (Taofeek Ismaheel).
Nigeriyalı 26 yaşlı bu futbolçu sol vingerdir. Müqavilə ilə Polşanın "Qurnik Zabje" klubuna məxsus olan İsmaeel son mövsümü icarə qaydasında "Lex" komandasında keçirib.
O, ötən mövsüm Polşa Ekstraklasası, UEFA Konfrans Liqası və Polşa kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini edib.
Transfer edilən digər futbolçu isə Reda Khadradır.
O, hücumameyllli orta xətt futbolçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir. Reda Almaniyanın U-21 və U-19 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın "Reyms" klubuna məxsus olan Reda son mövsümü icarə qaydasında Liqa-1 təmsilçisi "Havr"da keçirib (8 oyun).
Hər iki futbolçu ilə tezliklə onlarla müqavilə imzalanacağı gözlənilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)