Azərbaycanlı FIFA referisi Əliyar Ağayev cümə axşamı keçiriləcək "Hajduk" - "Rakuv Çenstoxova" qarşılaşmasının baş hakimi olacaq.
Milli.Az xəbər verir ki, bu barədə Polşa klubu rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Xorvatiyanın "Hajduk Split" və futbolçumuz Mahir Emrelinin şərəfini qoruduğu Polşanın "Rakuv Çenstoxova" komandaları arasında keçiriləcək matçı idarə edəcək.
Əliyar Ağayevin qarşılaşmaya baş hakim təyin olunması Azərbaycan futbol hakimliyi üçün növbəti beynəlxalq təyinatdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)