Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6509 nəfərə çatıb.
Milli Assambleyanın sədri Xorxe Rodrigez sosial media hesabında bildirib ki, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 71 nəfər artıb. Yaralıların sayı isə 16 740 nəfərə yüksəlib.
Zəlzələnin ən çox dağıntı və itkiyə səbəb olduğu La Quaira əyalətinin qubernatoru Xose Alejandro Teran bölgədə 1579 nəfərin hələ də itkin olduğunu açıqlayıb.
Hazırda ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)