Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. (Anadolu Agency)
Məlumata görə, mərminin tankerlə təmasından sonra gəmidə yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb.
İnsident zamanı tankerin heyət üzvlərindən heç biri xəsarət almayıb və itkin düşməyib. Hadisənin ətraf mühitə hər hansı təsir göstərmədiyi də bildirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və mərminin mənbəyi araşdırılır. UKMTO bölgədə hərəkət edən gəmiləri ehtiyatlı olmağa, şübhəli fəaliyyətlə bağlı məlumatları isə quruma çatdırmağa çağırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)