PSJ Dembele ilə bağlı qərarını verdi

27 Avqust 2026 10:00

Fransanın PSJ klubu hücumçusu Usman Dembelenin komandada qalma müddətini artırmaq üçün danışıqlar aparır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı futbolçu ilə yeni müqavilənin şərtlərini müzakirə edir.

Məlumata görə, fransalı forvard üçün hazırlanacaq yeni sözləşmənin 2029 və ya 2030-cu ilin yayına qədər olması variantları nəzərdən keçirilir.

Qeyd edək ki, Usman Dembelenin PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. 2023-cü ildən Paris klubunda çıxış edən hücumçu bu müddətdə 138 oyunda 61 qol vurub və 43 məhsuldar ötürmə edib.

Dembelenin uğurları arasında 2025-ci ildə "Qızıl top" mükafatını qazanması da yer alır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)