"Öyle bir geçer zaman ki" serialında Karolin obrazını canlandıran aktrisa və model Vilma Elles bahalı geyimi ilə diqqət çəkib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Elles xüsusi nümayişdə əsas modellərdən biri kimi podiumda yer alıb.
Sənətçinin təqdim etdiyi libas tədbirin ən diqqətçəkən dizaynlarından olub. Geyimin hazırlanmasında təxminən 1,5 kiloqram qızıldan istifadə edildiyi və onun üzərində aylarla çalışıldığı bildirilib.
Libasın qiymətinin 10 milyon 500 min Türkiyə lirəsi, yəni təxminən 371 min Azərbaycan manatı olduğu açıqlanıb.
Modellik fəaliyyətini davam etdirəcəyini söyləyən Vilma Elles yaşın buna mane olmadığını vurğulayıb:
"Artıq yaş deyilən bir şey yoxdur. Özümü çox yaxşı hiss edirəm".
Nümayiş zamanı ümumilikdə 15 fərqli dizayn təqdim olunub. Kolleksiyada əl işi, toxuma, əl boyaması və kristal muncuq kimi detallardan istifadə edilib. Müasir üslubla ənənəvi əl işlərinin bir araya gətirilməsi də tamaşaçıların marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)