"Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq

27 Avqust 2026 09:33

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" komandası ilə cavab matçına çıxacaq.

Milli.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 20:00-da start veriləcək görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)