Neft yenə ucuzlaşdı

27 Avqust 2026 09:07

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma davam edir.

Milli.Az xəbər verir ki, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,41 faiz azalaraq 87,48 ABŞ dollarına geriləyib.

ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri də ucuzlaşıb. Belə ki, WTI-nin qiyməti 0,37 dollar və ya 0,45 faiz düşərək 81,86 dollar/barel təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)