UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Milli.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransanın "Lion" komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
İlk görüşdə 1:1 hesablı heç-heçə edən "Fənərbağça" iki oyunun nəticəsinə əsasən "Lion"u 3:2 hesabı ilə üstələyərək Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Fənərbağça" sonuncu dəfə 2008-2009 mövsümündə turnirin qrup mərhələsində mübarizə aparıb.
Gecənin digər qarşılaşmalarında "Vikinq" və AEK də Çempionlar Liqasının liqa mərhələsində iştirak hüququ əldə ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)