Televiziya aparıcısı Vüsalə Kərimova illər sonra sinif yoldaşları ilə görüşərək nostalji anlar yaşayıb.
Milli.Az xəbər verir ki, məşhur aparıcı 32 ildən sonra baş tutan görüşdən görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Vüsalə Kərimova paylaşımında sinif yoldaşlarına xoş sözlər ünvanlayıb və bu görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Aparıcının paylaşdığı görüntülər izləyicilərin də marağına səbəb olub. Görüşdən olan səmimi kadrlar sosial şəbəkələrdə diqqət çəkib. Bundan başqa, Vüsalənin yaşla bağlı sinif yoldaşları ilə yaşla bağlı zarafatı marağa səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)