Gur, canlı və sağlam saçlara qovuşmaq əslində zənn etdiyinizdən çox praktik və sərfəlidir. İlk eşidildikdə şampuna şəkər qatmaq fikri təəccüblü gəlsə də, mütəxəssislər bu tətbiqin baş dərisində bənzərsiz bir pilinq (təmizləmə) effekti yaratdığını təsdiqləyirlər. Saç məsamələrini dərindən təmizləyən və qan dövranını sürətləndirən bu təbii toxunuş tökülmədən tutmuş matlığa qədər bir çox problemi aradan qaldırır.
Milli.Az xəbər verir ki, şəkər tozu şampunla qarışdıqda tamamilə təbii bir təmizləyiciyə çevrilir. Baş dərisində yığılmış ölü hüceyrələri təmizləyərək məsamələrin sərbəst nəfəs almasını təmin edir. Dəriyə qulluqda edilən pilinq prosesləri kimi, baş dərisinin də təravətlənməyə ehtiyacı var. Şəkər kristalları gel, sprey və ətraf mühit çirkliliyinin qoyduğu qalıqları zərif şəkildə təmizləyərək quruluq və qaşınma problemlərini aradan qaldırır.
Şəkərli qarışıqla edilən saç masajı kapilyar damarlardakı qan dövranını gücləndirir. Güclənən və qidalanan saç kökləri sayəsində tellər çox daha sürətli və dözümlü şəkildə uzanır. Həmçinin baş dərisindəki ölü qatı təmizlədiyi üçün kəpək əmələ gəlməsinin qarşısını nəzərəçarpacaq dərəcədə alır və saçlara göz oxşayan parıltı qazandırır.
Ovcunuzdakı şampunun içərisinə 1 çay qaşığı şəkər tozu əlavə edin. Qarışığı baş dərinizə barmaq uclarınızla dairəvi hərəkətlər edərək 2-3 dəqiqə ərzində masajla yedirin və ardından bol su ilə durulayın. Bu proses olduqca güclü təmizləmə təmin etdiyindən hər yuyulmada edilməməlidir. Baş dərisinin təbii yağ balansını qorumaq üçün həftədə 1 və ya 10 gündə 1 dəfə tətbiq olunması kifayətdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)