"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)

26 Avqust 2026 23:30

Türkiyənin tanınmış aktyoru Faruk Günuğur həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Faruk Günuğur 78 yaşında vəfat edib. O, Türkiyə Dövlət Teatrlarının keçmiş baş direktoru vəzifəsində çalışıb.

Mərhum aktyor "Kurtlar Vadisi Pusu" (kəşfiyyat rəhbəri rolunu canlandırıb - red.) və "Tek Türkiye" kimi seriallarda da rol alıb.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)