“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik

26 Avqust 2026 20:15

"WhatsApp"a yeni funksiya gəlir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda GSMArena məlumat yayıb.

Belə ki tətbiq istifadəçi hesablarının təhlükəsizliyini gücləndirir: iki mərhələli təsdiqləmə üçün istifadə olunan altı rəqəmli PİN kod hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan ibarət tam şifrə ilə əvəz olunacaq. Şirkət bunun hesabların sındırılmasını çətinləşdirəcəyini gözləyir.

Mesajlaşma tətbiqi həmçinin istifadəçinin kontakt siyahısında olmayan nömrələrdən gələn zənglərlə bağlı əlavə məlumatlar da göstərəcək. Məsələn, istifadəçilər nömrənin başqa bir ölkədə qeydiyyatdan keçib-keçmədiyini və zəng edən şəxslə hər hansı ortaq qrupda olub-olmadıqlarını görə biləcəklər. Bu funksiya ilkin mərhələdə yalnız Android sistemində əlçatan olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)