Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapıldı

26 Avqust 2026 17:39

Bakıda küçədən kişi meyiti tapılıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

42 yaşlı Ramil Firdovsi oğlu Salmanovun meyiti qəsəbə ərazisində çöllükdə aşkarlanıb.

Onun hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)