Sibel Canın səhnə geyimi müzakirələrə səbəb oldu – (Video)

26 Avqust 2026 16:55

Türkiyəli məşhur müğənni Sibel Can Marmarisdəki konserti zamanı səhnə tərzi ilə diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçinin gecə üçün seçdiyi fərqli geyim sosial şəbəkələrdə müzakirə yaradıb. Onun çay stəkanını xatırladan qeyri-adi libası gecənin ən çox diqqət çəkən detallarından biri olub.

Sibel Canın səhnə obrazı izləyicilər tərəfindən maraqla qarşılanıb, geyiminə dair müxtəlif fikirlər səsləndirilib. Görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)