Dünyanın tanınmış avtomobil istehsalçıları bir sıra məşhur krossover və ofrouder modellərinin istehsalını dayandırmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, "Motor1" nəşrinin məlumatına görə, sözügedən avtomobillərdən bəzilərinin istehsalı tamamilə dayandırılacaq, digərlərinin isə Şimali Amerika bazarında satışına son veriləcək.
İstehsaldan çıxarılması və ya ABŞ bazarını tərk etməsi gözlənilən modellər bunlardır:
"Acura RDX"
"BMW iX"
"Ford Escape"
"Jaguar F-Pace"
"Honda Prologue"
"Land Rover Discovery Sport"
"Polestar 3"
"Polestar 4"
"Tesla Model X"
"Volkswagen ID.4"
"Volvo EX30"
Məlumata əsasən, "Acura RDX"in istehsalının 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Qərarın əsas səbəblərindən biri şirkətin elektrikləşmə strategiyasına keçididir. Modelin gələcəkdə hibrid versiya ilə əvəzlənəcəyi gözlənilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)