Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib

26 Avqust 2026 15:35

Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda "Tvente" klubunun düşərgəsinə baş çəkib.

Milli.Az xəbər verir ki, Niderland təmsilçisi 37 yaşlı mütəxəssisin səfəri barədə məlumat yayıb.

Vaqif Cavadov "Tvente"nin "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasına hazırlıq keçdiyi vaxt komandanın məskunlaşdığı otelə gedib.

Qeyd edək ki, Vaqif Cavadov 2010/2011 mövsümündə "Tvente"nin futbolçusu olub.

Xatırladaq ki, komandalar arasında Niderlandda keçirilən ilk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)